İstanbulda Rusiya-Ukrayna danışıqları başa çatıb - Yenilənib

Rusiya Ukraynaya cəbhənin müəyyən ərazilərində 2-3 günlük atəşkəs təklif edib. Bunu Rusiya prezidentinin köməkçisi Vladimir Medinski İstanbulda danışıqlardan sonra deyib.
Onun sözlərinə görə, həlak olanların cəsədlərinin toplanması üçün qısamüddətli atəşkəs təklif edilir.
"Rusiya danışıqlar zamanı iki hissədən ibarət memorandumu Ukrayna tərəfinə verib.Memorandumun ikinci hissəsində atəşkəs üçün bir sıra yollar təklif olunur. Ukrayna Rusiyanın atəşkəs təklifi üzərində işləyəcək", - o əlavə edib.
Medinski Rusiyanın 6 min Ukrayna əsgərinin cəsədini Ukraynaya təhvil verəcəyini, tərəflərin ağır yaralıların və yaşı 25-dən az olan məhbusların mübadiləsi barədə razılığa gəldiyini təsdiqləyib.
17:10
İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətləri arasında baş tutan danışıqlar başa çatıb.
Görüş 1 saat 15 dəqiqə davam edib.
Son xəbərlər
Daha çox 