Qazaxıstan XİN başçısı İrana gedib

İran tərəfinin dəvəti ilə Qazaxıstanın Baş nazir müavini – xarici işlər naziri Murat Nurtleu İrana rəsmi səfərə gedib.Bu barədə ölkənin Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Qazaxıstan xarici siyasət idarəsinin başçısını İran Prezidenti Məsud Pezeşkian qəbul edib.
Tərəflər Qazaxıstan – İran əməkdaşlığının aktual məsələlərini müzakirə edib,regional və qlobal gündəm məsələləri üzrə fikir mübadiləsi aparıb, çoxtərəfli strukturlar çərçivəsində sıx əməkdaşlığı davam etdirməyə sadiq olduqlarını bildiriblər.
Görüşün sonunda İran lideri Qazaxıstan – İran münasibətlərinin səviyyəsini yüksək qiymətləndirib və onların daha da məzmunlu inkişafına hazır olduğunu ifadə edib. O həmçinin Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə ən xoş arzularını çatdırıb.
Son xəbərlər
Daha çox 