Aleksandar Vuçiç Zelenski ilə görüşüb

Serbiya Prezidenti Aleksandar Vuçiç Odessada keçirilən Ukrayna – Cənub-Şərqi Avropa sammiti çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb.Bjju barədə Serbiya lideri sosial şəbəkə hesabında məlumat yayıb.
“Uzunmüddətli və davamlı sülhün əldə olunmasının vacibliyi, beynəlxalq hüquqa hörmət və münaqişələrin həllində diplomatiyanın rolunu müzakirə etdik”, – deyə Vuçiç Zelenski ilə birgə fotosunu paylaşaraq qeyd edib.
O əlavə edib ki, söhbət əhəmiyyətli və açıq xarakter daşıyıb, Avropa və dünyanın üzləşdiyi əsas geosiyasi çağırışları əhatə edib.
Həmsöhbətlər beynəlxalq hüquqa riayət olunmasının vacibliyini, diplomatik səylərin artırılmasını və müxtəlif sahələrdə mümkün qədər sıx əməkdaşlığın önəmini vurğulayıblar.