• $ 1.7
  • € 2.0029
  • ₽ 0.021438
  • ₺ 0.0427
  • £ 2.325

Avstriyada məktəbə silahlı hücum edən şəxsin erməni kökü bəlli olub

Avstriyada məktəbə silahlı hücum edən şəxsin erməni kökü bəlli olub
12.06.2025 13:58

Avstriyanın Qrats şəhərində  iyunun 10-da məktəbdə silahlı hücum törədən şəxsin 21 yaşlı Artur A. olduğu müəyyən edilib. Bu barədə  Kronen Zeitung xəbər verir.

Məlumata görə, onun ata xətti ilə erməni kökləri olub. Hücumdan əvvəl anasına video-müraciət göndərərək üzr istəyib və göstərdiyi qayğıya görə təşəkkür edib. Ana bu mesajı yalnız 24 dəqiqə sonra izləyib.

Vida məktubunda Artur sinif yoldaşlarının ona qarşı zorakılığına və məktəb rəhbərliyinin buna biganə qalmasına görə narahatlığını bildirib. O, həmçinin pişiyinin taleyindən nigaran qalacağını və qohumlarından ona baxmalarını xahiş edib.

Hücum nəticəsində 10 nəfər həlak olub, 28 nəfər yaralanıb. Qurbanlar arasında şagirdlər və bir yetkin şəxs var. Artur A. hadisədən sonra məktəbin tualetində intihar edib.

Avstriya hökuməti ölkədə üçgünlük matəm elan edib.

N.Təbrizli

Oxşar xəbərlər
Oxşar xəbərlər
Serbiyada aksiyalar zamanı 107 nəfər saxlanılıb
Dünya 23:26
Serbiyada aksiyalar zamanı 107 nəfər saxlanılıb
Ərdoğan "TOGG"un yeni modeli ilə test sürüşü edib
Dünya 22:33
Ərdoğan "TOGG"un yeni modeli ilə test sürüşü edib
Britaniya Suriya ilə diplomatik münasibətləri bərpa edir
Dünya 20:46
Britaniya Suriya ilə diplomatik münasibətləri bərpa edir
Türkiyəli jurnalist saxlanılıb
Dünya 20:30
Türkiyəli jurnalist saxlanılıb
Fransada təyyarə qəzaya uğrayıb, pilot ölüb
Dünya 18:31
Fransada təyyarə qəzaya uğrayıb, pilot ölüb
Rusiyanın İsveçdəki nümayəndəliyinə dronla hücum edilib
Dünya 16:57
Rusiyanın İsveçdəki nümayəndəliyinə dronla hücum edilib
İrlandiyaya məxsus təyyarədə yanğın baş verib, 18 nəfər xəsarət alıb
Dünya 15:31
İrlandiyaya məxsus təyyarədə yanğın baş verib, 18 nəfər xəsarət alıb
Türkiyədə bir neçə bələdiyyə sədri saxlanılıb
Dünya 12:05
Türkiyədə bir neçə bələdiyyə sədri saxlanılıb
Slovakiya Aİ-nin Rusiyaya qarşı yeni sanksiyalarını bloklayıb
Dünya 10:06
Slovakiya Aİ-nin Rusiyaya qarşı yeni sanksiyalarını bloklayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol