Tramp Putinin İranla bağlı vasitəçilik təklif etdiyini bildirib

ABŞ Prezidenti Donald Trampın dünən axşam rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı olub.
Tramp Ağ Evdə jurnalistlərə açıqlamasında telefon danışığı əsnasında gedən müzakirələri şərh edib.
O, bildirib ki, Putin İran-İsrail münaqişəsinin həllində ona vasitəçilik etməyi təklif edib:
“Putinə dedim ki, birinci Rusiya və Ukrayna ilə bağlı vasitəçilik edək, sonra İran ətrafındakı vəziyyətə baxarıq”.