Baş nazir prezidenti tərcüməçi ilə səhv salıb

Böyük Britaniyanın baş naziri Keir Starmer Cənubi Koreya prezidenti Li Jae-Myonqu tərcüməçi kimi səhv salıb, bu barədə Britaniyanın Daily Mail qəzeti xəbər yazıb.
Hadisə Kanadada keçirilən G7 sammitində baş verib. Starmer və Li Jae-myung rəsmi danışıqlar üçün görüşəndə Britaniyanın baş naziri Cənubi Koreya prezidenti ilə deyil, onun tərcüməçisi ilə əl sıxıb.
Anlaşılmazlıqlar bununla da bitməyib. Baş nazir tərəddüd etdi və dərhal qrup şəkli üçün yer seçə bilmədi və bununla da Cənubi Koreya tərəfini yöndəmsiz vəziyyətə salıb.
Aprelin 13-də ABŞ prezidentinin ticarət və istehsal üzrə müşaviri Piter Navarronun canlı televiziyada Şimali Koreya və Cənubi Koreyanı qarışdırdığı bildirildi.
Gülnar