ABŞ yaxın günlərdə İrana zərbə endirməyə hazırlaşır -Bloomberg

ABŞ-ın yüksək vəzifəli rəsmiləri yaxın günlərdə İrana mümkün hərbi zərbə endirməyə hazırlaşır. Bu barədə “Bloomberg” çərşənbə günü məsələyə yaxın mənbələrə istinadla məlumat yayıb.
Mənbələrin bildirdiyinə görə, hücum iyunun 21-i və ya 22-də həyata keçirilə bilər, lakin planlar son anda dəyişə bilər. ABŞ-ın bir neçə federal agentliyinin rəhbərliyi əməliyyata hazırlıq prosesində iştirak edir.
Agentliyin məlumatına görə, ABŞ Prezidenti Donald Trampın İran və İsrail arasında davam edən qarşıdurmaya müdaxilə ilə bağlı mövqeyi son günlərdə respublikaçı həmkarlarının təzyiqi altında əhəmiyyətli dərəcədə dəyişib. Xüsusilə, Cənubi Karolinadan olan senator Lindsi Qreham Trampı Tehrana qarşı hərbi əməliyyat ehtimalını ciddi şəkildə nəzərdən keçirməyə çağırıb.
Aytac