İran "Hörmüz"dən keçən gəmilərə raket ata bilər

İran Hörmüz boğazından keçən gəmilərə "raket atmağa" başlaya bilər. Bu barədə Bloomberg məlumat paylaşıb.
Nəşr yazır ki, İranın Hörmüz boğazından gəmilərin daşınmasını əngəlləmək üçün heç bir qanuni səlahiyyəti olmayacaq, ona görə də Tehran bunu “güc yolu ilə və ya güc təhdidi ilə etməli olacaq”.
Agentliyin məlumatına görə, İran donanması boğaza girişi bağlamağa çalışsa, çox güman ki, ABŞ Beşinci Donanmasının “sərt cavabı” ilə üzləşəcək.
İsrail İran arasında gərginlik iyunun 13-də başlayıb. Hazırda iki ölkə arasındakı müharibəyə ABŞ-da qoşulub.
Aytac