• $ 1.7
  • € 1.9741
  • ₽ 0.021739
  • ₺ 0.0429
  • £ 2.3146

Arxiyepiskop Mikael Acapaxyan saxlanılıb- Video - Yenilənib

Arxiyepiskop Mikael Acapaxyan saxlanılıb- Video - Yenilənib
27.06.2025 22:25

Ermənistanın Apostol Kilsəsinin Şirak Yeparxiyasının rəhbəri Mikael Acapaxyan ölkədə hakimiyyəti devirməyə çağırışlarla bağlı cinayət işi üzrə saxlanılıb,istintaq onun həbsi üçün vəsatət qaldırıb.Bu barədə jurnalistlərə onun vəkili Ara Zöhrabyan bildirib.

"Biz istintaq tədbirlərində iştirak etdik. Arxiyepiskop Mikael Acapaxyana qarşı Ermənistan Cinayət Məcəlləsinin 422-ci maddəsinin 2-ci hissəsi ilə cinayət işi başlanıb. Müstəntiq arxiyepiskopun həbsə alınması şəklində həbs-qətimkan tədbirinin seçilməsi barədə məhkəmədə vəsatət qaldırıb", - Zöhrabyan bildirib.

O əlavə edib ki, məhkəmə arxiyepiskopun həbsindən sonra 24 saat ərzində həbs-qətimkan tədbiri ilə bağlı qərar qəbul etməlidir.

 

15:25

 

Ermənistan İstintaq Komitəsi güc strukturları arxiyepiskop Mikael Acapaxyanı saxlamasına mane olunması faktı ilə bağlı cinayət işi açıb.Bu barədə Ermənistan mediası məlumat verir.

"Onun saxlanılması zamanı bir qrup şəxs hüquq-mühafizə orqanlarının qanuni fəaliyyətinə maneə törədib, cinayət işi açılıb", - İstintaq Komitəsinin açıqlamasında deyilir.

14:46

Ermənistan Milli Təhlükəsizlik Xidməti xüsusi təyinatlıları arxiyepiskop Mikael Acapaxyanı saxlaya bilməyib Eçmiədzindəki monastırı tərk ediblər.Bu barədə erməni mətbuatı xəbər verir.

MTX-nin bəyanatına görə, buna səbəb monastır ətrafında çoxlu sayda insanın toplaşması olub.

“MTX və polis təhlükəsizlik səbəbləri ilə və vəziyyətin bilərəkdən qızışdırılmasının qarşısını almaq üçün Eçmiədzindənin ərazisini tərk etmək qərarına gəlib. Mikael Acapaxyanı gizlənməməyə, MTX-nin operativ qrupu üzvlərinin yanına gəlməyə çağırırıq”, - bəyanatda deyilir.

12:42

II Qareginin iqamətgahında Acapaxyanın saxlanılması üzrə əməliyyat davam edir.

Ermənistan Milli Təhlükəsizlik Xidməti arxiyepiskop Mikael Acapaxyanı II Qareginin iqamətgahının yerləşdiyi Eçmiədzindəki monastırdan apara bilməyib.

“Report” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, monastır yaxınlığında vəziyyət gərgin olaraq qalır. Güc strukturları ilə dindarlar arasında vaxtaşırı toqquşmalar baş verir.

***

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin maskalı xüsusi təyinatlıları erməni kilsəsinin rəhbəri II Qareginin iqamətgahına daxil olub.Bu barədə Ermənistan mətbuatı xəbər verir.

II Qaregin özü onların qarşısına çıxıb.Bu zaman təhlükəsizlik qüvvələri ilə din xadimləri arasında gərginlik yaşanıb. II Qaregin ruhaniləri sakitləşdirmək məqsədilə kafedraldan çıxıb. Bundan sonra polislər onu mühasirəyə alıblar.

Hazırda tərəflər arasında müzakirə aparılır.

Jurnalistlər hadisə yerindən uzaqlaşdırılıb və ərazi mühasirəyə alınıb.

 

Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ Kanada ilə ticarət danışıqlarını dayandırır
Dünya 22:52
ABŞ Kanada ilə ticarət danışıqlarını dayandırır
Rusiyada təyyarələr hava limanında toqquşub
Dünya 22:40
Rusiyada təyyarələr hava limanında toqquşub
Arxiyepiskop Mikael Acapaxyan saxlanılıb- Video - Yenilənib
Dünya 22:25
Arxiyepiskop Mikael Acapaxyan saxlanılıb- Video - Yenilənib
Türkiyə və Ermənistan nazirləri görüşüb
Dünya 21:30
Türkiyə və Ermənistan nazirləri görüşüb
Türkiyədə yanğın olub, 100 nəfər təxliyə edilib
Dünya 19:01
Türkiyədə yanğın olub, 100 nəfər təxliyə edilib
Rusiya və İran arasında uçuşlar bərpa edilib
Dünya 17:40
Rusiya və İran arasında uçuşlar bərpa edilib
Türkiyənin 6 bölgəsində meşə yanğını qeydə alınıb
Dünya 16:28
Türkiyənin 6 bölgəsində meşə yanğını qeydə alınıb
Almaniya səfiri Rusiya XİN-ə çağırıldı
Dünya 15:15
Almaniya səfiri Rusiya XİN-ə çağırıldı
Иран покупает китайские истребители
Dünya 14:20
Иран покупает китайские истребители
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol