İran və Ermənistan XİN rəhbərləri arasında telefon danışığı olub

İran xarici işlər naziri Abbas Araqçi və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında telefon danışığı olub.Bu barədə “Tasnim” xəbər verir.
Nazirlər ikitərəfli münasibətləri və regional məsələləri müzakirə ediblər.
Araqçi Amerika və İsrailin İrana hücumlarını qınayaraq, bu ölkələrin rəsmi olaraq təcavüzkar kimi tanınması və təzminat ödəməsi üçün rəsmi Tehranın tədbirlər gördüyünü bildirib.
O, Ermənistana münaqişə dövründə İran vətəndaşlarına konsulluq xidmətlərinin göstərildiyinə görə təşəkkür edib.
Mirzoyan Amerika və İsrailin İrana hücumlarını tənqid edib və müharibənin dayandırılmasını alqışlayıb.