Tramp bu ölkələrə qarşı gömrük rüsumları tətbiq edib

ABŞ avqustun 1-dən Qazaxıstandan idxal olunan mallara 25% gömrük rüsumunun tətbiqinə qərar verib.Bu barədə ABŞ prezidenti Donald Tramp açıqlama verib.
O, "Truth" hesabında Qazaxıstan prezidentinə ünvanlanmış məktubun mətnini paylaşıb.
Məktubda qeyd olunub ki, Astana Vaşinqtona qarşı cavab rüsumları tətbiq etmək qərarına gəlsə, ABŞ Qazaxıstana münasibətdə rüsum dərəcəsini artıracaq.Bu rüsum dərəcəsi də Astananın təyin etmək qərarına gəldiyi məbləğ qədər artacaq.
***
ABŞ prezidenti Donald Tramp avqustun 1-dən etibarən ABŞ-ın Yaponiya və Cənubi Koreyadan gələn mallara 25% rüsum tətbiq edəcəyini açıqlayıb. O, Truth Social-da Cənubi Koreya prezidenti Lee Jae-myung və Yaponiyanın baş naziri Şiqeru İşibaya ünvanlanmış iki rəsmi məktub dərc edib.
“Biz bu ölkələrdən gələn tarif və qeyri-tarif maneələrinin yaratdığı ticarət kəsirlərinə son qoymalıyıq. Ona görə də daxil olan bütün mallara 25 % rüsum tətbiq edirik”, - ABŞ lideri yazıb.
O, hər iki ölkənin cavab olaraq tariflər tətbiq etməyə çalışacağı təqdirdə təzyiqi artıracağını bildirib.