• $ 1.7
  • € 1.9949
  • ₽ 0.020391
  • ₺ 0.0411
  • £ 2.3065

Zelenski Çin şirkətlərinə qarşı sanksiyalar tətbiq etdi

Zelenski Çin şirkətlərinə qarşı sanksiyalar tətbiq etdi
08.07.2025 17:52

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın 4 iyulda Kyivə hücumunda istifadə etdiyi İran istehsalı “Shahed” dronlarında komponentləri aşkar edilən beş Çin şirkətinə qarşı sanksiyalar tətbiq edib.

Prezidentin sanksiya məsələləri üzrə müşaviri Vladislav Vlasuk bildirib ki, sanksiyalar Ukrayna Təhlükəsizlik və Müdafiə Şurasının qərarına əsasən 2024–2025-ci illərdə rus şirkətlərinə məhsul tədarük etmiş firmaları əhatə edir.

Sanksiyaya məruz qalan şirkətlər arasında Ningbo BLIN Machinery Co., Ltd, Suzhou ECOD Precision Manufacturing, Shenzhen Jinduobang Technology Co., Ltd, Shenzhen Royo Technology Co., Ltd və Central Asia Silk Road International Trade (Tianjin) Co., Ltd yer alır.

Yeni tədbirlər aktivlərin dondurulmasını, ticarət və tranzit məhdudiyyətlərini, kapital axınına qadağanı və lisenziyaların dayandırılmasını nəzərdə tutur. Sanksiyalar 10 il müddətinə qüvvədə olacaq.

Ukrayna, Rusiyaya əməkdaşlıq edən istehsalçılara qarşı beynəlxalq tərəfdaşlarla sanksiyaların genişləndirilməsi üzrə məsləhətləşmələrə başlayıb.

İyulun 4-də Kyivə edilən hücum nəticəsində mülki obyektlər ziyan görüb, bəzi ərazilərdə qaz verilişi kəsilib və ölənlər olub.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Netanyahu BMT Baş Assambleyasının iclasından sonra Trampla görüşəcək
Dünya 23:15
Netanyahu BMT Baş Assambleyasının iclasından sonra Trampla görüşəcək
İsrail ordusu HƏMAS-ın mövqelərinə genişmiqyaslı hücuma başlayıb
Dünya 21:15
İsrail ordusu HƏMAS-ın mövqelərinə genişmiqyaslı hücuma başlayıb
Mirzoyan Niderlanda səfər edəcək
Dünya 20:10
Mirzoyan Niderlanda səfər edəcək
ABŞ İranla əlaqəli şirkətlərə sanksiyalar tətbiq edib
Dünya 19:25
ABŞ İranla əlaqəli şirkətlərə sanksiyalar tətbiq edib
Tramp "Tiktok"la bağlı Çinlə razılığa gəlib
Dünya 19:05
Tramp "Tiktok"la bağlı Çinlə razılığa gəlib
İsrail BMT-yə irad bildirib
Dünya 13:47
İsrail BMT-yə irad bildirib
Portuqaliya gələn həftə Fələstini rəsmi olaraq tanıya bilər
Dünya 23:32
Portuqaliya gələn həftə Fələstini rəsmi olaraq tanıya bilər
Polşa səmasında daha bir PUA vurulub
Dünya 23:08
Polşa səmasında daha bir PUA vurulub
Maldiv adalarının BAEA-ya üzvlüyü təsdiqlənib
Dünya 22:24
Maldiv adalarının BAEA-ya üzvlüyü təsdiqlənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol