ABŞ BRICS üzvlərinə 10 faizlik idxal rüsumu tətbiq edəcək

ABŞ BRICS-ə üzv olan bütün ölkələrə 10% rüsum tətbiq edəcək.Bu barədə Donald Tramp Ağ Evdə iclas zamanı bildirib.
"BRICS dollarımızı dəyərsizləşdirmək və dolları dünya valyutası mövqeyindən çıxarmaq, onu standart statusundan məhrum etmək üçün yaradılıb", - deyə Tramp qeyd edib.
O, hesab edir ki, BRICS ölkələri dolları başqa dünya valyutası ilə əvəz etmək üçün onu məhv etməyə çalışırlar.
BRICS təşkilatının rəsmi üzvləri Rusiya, Çin, Braziliya, Hindistan, Cənubi Afrika Respublikası, Misir, İndoneziya, İran, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı və Efiopiyadır.
Təşkilatla tərəfdaşlıq edən digər ölkələr isə Belarus, Özbəkistan, Kuba, Boliviya, Vyetnam, Qazaxıstan, Malayziya, Nigeriya, Tailand və Uqandadır.
Son xəbərlər
Daha çox 