ABŞ avqustun 1-dən Moldovadan idxala 25% rüsum tətbiq edəcək

ABŞ avqustun 1-dən Moldovadan idxal olunan mallara 25% gömrük rüsumunun tətbiq edilməsi ilə bağlı qərar qəbul edib.Bu barədə Donald Tramp “Truth” hesabında məlumat verib.
O Moldova prezidenti Maya Sanduya ünvanladığı məktubun nüsxəsini paylaşıb.
Sənəddə bildirilir ki, Moldova hökuməti cavab rüsumlarının tətbiqi ilə bağlı qərar qəbul etsə ABŞ da buna uyğun olaraq rüsumları artıracaq.
ABŞ administrasiyası bundan başqa Əlcəzair (30%), Bruney (25%), İraq (30%), Liviya (30%) və Filippin (20%) liderlərinə də rüsumların tətbiqi ilə bağlı məktub göndərib.
Son xəbərlər
Daha çox 