• $ 1.7
  • € 1.9636
  • ₽ 0.020923
  • ₺ 0.0419
  • £ 2.2694

Birkin çantasının ilk nüsxəsi rekord qiymətə satılıb — $8,2 milyon

Birkin çantasının ilk nüsxəsi rekord qiymətə satılıb — $8,2 milyon
11.07.2025 07:32

Hermès moda evinin istehsal etdiyi ilk Birkin çantası Sotheby’s hərracında 7 milyon avroya ($8,2 milyon) satılaraq qadın çantaları üzrə dünya rekordunu qırıb, CNN xəbər verir.

Qara, köhnəlmiş, üzərində “J.B.” baş hərfləri və etiketləri olan çanta aktrisa və müğənni Ceyn Birkinə məxsus olub.

1984-cü ildə Paris–London reysi zamanı Birkinin istəyi ilə Hermès prezidenti Jan-Lui Duma tərəfindən yaradılmışdı.

Onlayn hərrac 10 dəqiqə davam edib və 9 iştirakçı mübarizə aparıb. Qalib Yaponiya əsilli xüsusi kolleksiyaçı olub. İlkin qiymət 1 milyon avro idi, lakin əvvəlcədən satış təxminləri açıqlanmamışdı.

Ceyn Birkin 2023-cü ildə, 76 yaşında vəfat edib.

N.Təbrizli

Oxşar xəbərlər
Oxşar xəbərlər
Hindistanın dövlət neft emalı zavodları Rusiya neftinin alışını dayandırıb – Reuters
Dünya 17:49
Hindistanın dövlət neft emalı zavodları Rusiya neftinin alışını dayandırıb – Reuters
Anqolada etirazlarda ölənlərin sayı 22-ə çatıb
Dünya 12:24
Anqolada etirazlarda ölənlərin sayı 22-ə çatıb
Avstraliya “YouTube” 16 yaşdan aşağı uşaqlar üçün qadağa olunacaq
Dünya 10:39
Avstraliya “YouTube” 16 yaşdan aşağı uşaqlar üçün qadağa olunacaq
Rusiya Ermənistanda ikinci cəbhə aça bilərmi?
Siyasət 10:04
Rusiya Ermənistanda ikinci cəbhə aça bilərmi?
İran su böhranı ilə üz-üzə, ekspertlər İsrailin təcrübəsini çıxış yolu kimi göstərir
Dünya 09:49
İran su böhranı ilə üz-üzə, ekspertlər İsrailin təcrübəsini çıxış yolu kimi göstərir
ABŞ və Türkiyə S-400 məsələsinin həllinə yaxınlaşır — səfir
Dünya 09:29
ABŞ və Türkiyə S-400 məsələsinin həllinə yaxınlaşır — səfir
15 ölkə Fələstin üçün birgə çağırış etdi
Dünya 22:48
15 ölkə Fələstin üçün birgə çağırış etdi
Kamçatkada yarım saat ərzində ardıcıl dörd zəlzələ olub
Dünya 22:16
Kamçatkada yarım saat ərzində ardıcıl dörd zəlzələ olub
Tehranda neft anbarında yanğın oldu
Dünya 18:22
Tehranda neft anbarında yanğın oldu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol