Rusiyanın Ermənistandakı hərbi bazasında əsgər özünü güllələyib

Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasında xidmət edən əsgər odlu silahla özünə atəş açıb, yerli media xəbər verir.
2002-ci il təvəllüdlü Aleksey Q.-nın başından güllə yarası aldığı və Gümrü Tibb Mərkəzinə yerləşdirildiyi bildirilir. O, əməliyyat olunub və hazırda komadadır. Həkimlər vəziyyətini ağır qiymətləndirir.
Hadisənin səbəbləri araşdırılır.
Oxşar xəbərlər
Oxşar xəbərlər