• $ 1.7
  • € 1.9849
  • ₽ 0.021912
  • ₺ 0.0423
  • £ 2.3046

Ərdoğan İraqın baş naziri ilə PKK-nın tərksilah edilməsini müzakirə edib

Ərdoğan İraqın baş naziri ilə PKK-nın tərksilah edilməsini müzakirə edib
12.07.2025 23:32

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla İraqın baş naziri Məhəmməd Şia əl-Sudani arasında telefon danışığı olub.Bu barədə Türkiyə liderinin ofisi məlumat yayıb.

Söhbət zamanı tərəflər Kürdüstan Fəhlə Partiyasının (PKK) yaraqlılarının tərksilah edilməsi prosesinin başlanması, həmçinin ikitərəfli əməkdaşlıq məsələləri və regional gündəliyi müzakirə ediblər.

Ərdoğan "Terrorsuz Türkiyə" prosesinin həssas və ardıcıl şəkildə həyata keçirildiyini və Ankaranın bölgəni terror təhlükəsindən birdəfəlik təmizləməyə sadiq olduğunu qeyd edərək,Türkiyənin bu prosesi pozmağa çalışanlara qarşı qətiyyətlə mübarizəni davam etdirəcəyini bildirib.

PKK-nın tərksilah edilməsi prosesi cümə günü səhər İraqın şimalındakı Süleymaniyyə şəhərində başlayıb. Türkiyə hakimiyyəti ümid edir ki, “Terrorsuz Türkiyə” təşəbbüsünün həyata keçirilməsi kürd yaraqlıları ilə uzun müddətdir davam edən silahlı münaqişəyə son qoymağa kömək edəcək.

Silahsızlaşdırma Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) və ölkənin silahlı qüvvələrinin nəzarəti altında həyata keçiriləcək. Bütün prosesin üç-dörd ay ərzində başa çatdırılması gözlənilir. Bütün mərhələlər müvafiq strukturlar tərəfindən qeydə alınacaq.

Oxşar xəbərlər
Oxşar xəbərlər
İranın XİN başçısı Çinə səfər edəcək
Dünya 23:29
İranın XİN başçısı Çinə səfər edəcək
London yaxınlığında təyyarə qəzaya uğrayıb
Dünya 22:45
London yaxınlığında təyyarə qəzaya uğrayıb
Zelenski bu həftə Ukraynaya olunan PUA hücumlarının sayını açıqlayıb
Dünya 21:25
Zelenski bu həftə Ukraynaya olunan PUA hücumlarının sayını açıqlayıb
NATO-nun Baş katibi Vaşinqtona səfər edəcək
Dünya 20:30
NATO-nun Baş katibi Vaşinqtona səfər edəcək
Qətər İsrailin Qəzzadan çıxarılma planını hazırlayıb
Dünya 19:33
Qətər İsrailin Qəzzadan çıxarılma planını hazırlayıb
Türkiyədə yaşayış binasında yanğın olub,ölənlər var
Dünya 10:08
Türkiyədə yaşayış binasında yanğın olub,ölənlər var
Ərdoğan İraqın baş naziri ilə PKK-nın tərksilah edilməsini müzakirə edib
Dünya 23:32
Ərdoğan İraqın baş naziri ilə PKK-nın tərksilah edilməsini müzakirə edib
Türkiyədə peyğəmbərlərin karikaturasını yayımlayan nəşrin baş redaktoru həbs olunub
Dünya 20:30
Türkiyədə peyğəmbərlərin karikaturasını yayımlayan nəşrin baş redaktoru həbs olunub
Kim Çen In Lavrovu qəbul edib
Dünya 15:15
Kim Çen In Lavrovu qəbul edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol