• $ 1.7
  • € 1.9849
  • ₽ 0.02178
  • ₺ 0.0423
  • £ 2.2834

Qətər İsrailin Qəzzadan çıxarılma planını hazırlayıb

Qətər İsrailin Qəzzadan çıxarılma planını hazırlayıb
13.07.2025 19:33

Fələstinin radikal “HƏMAS” hərəkatı Qətərin 2025-ci ilin yanvarında İsrail Silahlı Qüvvələrinin Qəzza zolağından çıxarılması üçün təklif etdiyi plana qayıtmağa hazırdır və kiçik güzəştlərə gedə bilər.Bu barədə “Al Arabiya” telekanalı Fələstin mənbələrinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, “HƏMAS” nümayəndələri Dohadakı məsləhətləşmələr zamanı Qətər müzakirəçiləri tərəfindən 2025-ci ilin əvvəlində İsrail ordusunun Qəzza zolağından çıxarılması planı ilə bağlı müzakirələrə qayıtmağa hazır olduqlarını bildiriblər.

Sənəd yəhudi dövlətinin qoşunlarının Fələstin anklavının sərhədindən 700 metr dərinlikdə, həmçinin sektorun müəyyən ərazilərində 400 metr dərinlikdəki mövqelərindən çıxarılmasını nəzərdə tutur.

Mənbələr vurğulayıb ki, “HƏMAS” bu planın bəzi məqamlarını tənzimləmək baxımından düzəlişlər edə bilər.

Eyni zamanda hərəkat Rəfah və Xan-Yunis şəhərləri arasında şərqdən qərbə doğru Qəzza zolağından keçən “Moraq” deyilən oxda İsrail bölmələrinin qorunub saxlanmasını tamamilə rədd edir.

Hərəkatın rəhbərliyi hesab edir ki, İsrail hərbçilərinin ərazidə olması 400 minə yaxın fələstinlinin Rəfaha qayıtmasının qarşısını alacaq.

Oxşar xəbərlər
Oxşar xəbərlər
İraqda hipermarketdə yanğın - 50 nəfər ölüb
Dünya 10:44
İraqda hipermarketdə yanğın - 50 nəfər ölüb
İsrail Suriyada Katana ətrafına hücum edib
Dünya 22:07
İsrail Suriyada Katana ətrafına hücum edib
Mosul hava limanı 11 il sonra yenidən açılıb
Dünya 21:43
Mosul hava limanı 11 il sonra yenidən açılıb
Hakan Fidan suriyalı həmkarı ilə İsrailin hücumlarını müzakirə edib
Dünya 20:56
Hakan Fidan suriyalı həmkarı ilə İsrailin hücumlarını müzakirə edib
Tramp administrasiyası İsraili Suriyaya hücumları dayandırmağa çağırıb
Dünya 19:44
Tramp administrasiyası İsraili Suriyaya hücumları dayandırmağa çağırıb
İsrail qoşunlarını Qəzzadan Suriya sərhədinə köçürür
Dünya 19:28
İsrail qoşunlarını Qəzzadan Suriya sərhədinə köçürür
“Emirates” Dubaydan Dəməşqə uçuşları bərpa edib
Dünya 18:57
“Emirates” Dubaydan Dəməşqə uçuşları bərpa edib
Ermənistan və Türkiyə arasında diplomatik münasibətlər bərpa olunacaq, sərhədlər açılacaq
Dünya 17:28
Ermənistan və Türkiyə arasında diplomatik münasibətlər bərpa olunacaq, sərhədlər açılacaq
Paşinyan: Naxçıvan yolunda Ermənistan sərhədçiləri olacaq
Dünya 17:15
Paşinyan: Naxçıvan yolunda Ermənistan sərhədçiləri olacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol