İranın XİN başçısı Çinə səfər edəcək

İran xarici işlər naziri Abbas Araqçi Çinin xarici işlər naziri Van İnin dəvəti ilə Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin nazirlər toplantısında iştirak etmək üçün Çinə səfər edəcək.Bunu İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai deyib.
Səfər çərçivəsində Araqçi Çinin Xarici İşlər Naziri Van İn və təşkilatın digər iştirakçı ölkələrinin xarici işlər nazirləri ilə bir sıra ikitərəfli görüşlər keçirəcək.
Son xəbərlər
Daha çox 