Paşinyan: Naxçıvan yolunda Ermənistan sərhədçiləri olacaq

Azərbaycanı Naxçıvanla birləşdirəcək yol üzərində Ermənistan sərhədçiləri nəzarət aparacaq. Bunu jurnalistlər üçün keçirilən brifinqdə Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
Paşinyan qeyd edib ki, sərhədçilər əsasən dövlət sərhədi boyunca yerləşdirilir.
“Bəli, həmin yol üzərində Ermənistanın sərhədçiləri olacaq — bu, ölkənin suverenliyi çərçivəsində baş verəcək. Onlar vətəndaşlarla birbaşa təmasda olmayacaqlar, çünki şəxsiyyət yoxlaması əsasən biometrik pasportlar vasitəsilə aparılacaq. Lakin sənədlərlə bağlı problemlər yaranarsa, bu məsələ ayrıca müzakirə olunmalıdır,” — Paşinyan bildirib.
Sözügedən nəqliyyat dəhlizi Ermənistan ərazisindən keçməklə Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirməyi nəzərdə tutur. Bu məsələ Ermənistan və Azərbaycan arasında danışıqların əsas gündəm mövzularından biridir.
Gülnar