• $ 1.7
  • € 1.9753
  • ₽ 0.021795
  • ₺ 0.0422
  • £ 2.2774

Putin Telegram və WhatsApp-a məhdudiyyətlər qoyub

Putin Telegram və WhatsApp-a məhdudiyyətlər qoyub
18.07.2025 07:35

Rusiya prezidenti Vladimir Putin hökumətə “düşmən xarici ölkələrdə” hazırlanmış proqram təminatlarına, o cümlədən Telegram və WhatsApp kimi messencerlərə məhdudiyyətlər tətbiq olunması ilə bağlı təkliflər hazırlamağı tapşırıb.

Kremlin saytında dərc olunan sənədə əsasən, baş nazir Mixail Mişustin 1 sentyabra qədər hesabat təqdim etməlidir.

Bu təşəbbüs Rusiya istehsalı olan və dövlət rəqəmsal platformaları ilə inteqrasiya olunacaq MAX messencerinin yaradılmasını nəzərdə tutan yeni qanunun qəbulundan sonra irəli sürülüb.

“İnternetin Müdafiəsi Cəmiyyəti”nin rəhbəri Mixail Klimaryev xəbərdarlıq edib ki, MAX platforması vətəndaşlara nəzarət vasitəsinə çevrilə bilər, çünki onun məxfilik siyasəti məlumatların dövlət orqanlarına ötürülməsinə imkan verir.

Bu arada, Dövlət Dumasında Telegram və WhatsApp-a qarşı daha sərt tədbirlərin mümkünlüyü müzakirə olunur. “Na Svyazi” layihəsi Rusiyada bu platformalara girişin məhdudlaşdırılması üzrə testlərin keçirildiyini bildirib.

N.Təbrizli

Oxşar xəbərlər
Oxşar xəbərlər
Alen Simonyan həyat yoldaşından boşanıb, model sevgilisi olduğu bildirilir
Dünya 07:48
Alen Simonyan həyat yoldaşından boşanıb, model sevgilisi olduğu bildirilir
Trampda xəstəlik aşkarlanıb — Ağ Ev
Dünya 07:39
Trampda xəstəlik aşkarlanıb — Ağ Ev
Putin Telegram və WhatsApp-a məhdudiyyətlər qoyub
Dünya 07:35
Putin Telegram və WhatsApp-a məhdudiyyətlər qoyub
Tramp Coca-Cola-nın tərkibini dəyişir
Dünya 07:26
Tramp Coca-Cola-nın tərkibini dəyişir
Sloveniya iki israilli nazirə qarşı sanksiya tətbiq edib
Dünya 23:57
Sloveniya iki israilli nazirə qarşı sanksiya tətbiq edib
Moldova NATO-nun hərbi təlimlərində iştirak edəcək
Dünya 23:30
Moldova NATO-nun hərbi təlimlərində iştirak edəcək
Tramp və Netanyahu arasında telefon danışığı olub
Dünya 22:58
Tramp və Netanyahu arasında telefon danışığı olub
Rusiya Yaponiyaya etiraz edib
Dünya 20:00
Rusiya Yaponiyaya etiraz edib
Şmıqal Ukraynanın müdafiə naziri təyin edilib
Dünya 18:12
Şmıqal Ukraynanın müdafiə naziri təyin edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol