Tramp Aİ-nin bütün mallarına 15-20 % rüsum tələb edir

ABŞ Prezidenti Donald Tramp Avropa İttifaqı ilə istənilən ticarət müqaviləsində 15-20 % rüsumun tətbiq edilməsində israrlıdır.Bu barədə “Financial Times” mənbələrə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, ABŞ Prezident administrasiyası razılıq əldə olunsa belə, 10 %-dən yuxarı qarşılıqlı rüsumların müəyyən edilməsi imkanını nəzərdən keçirir.
Bundan əlavə, Tramp Aİ-nin avtomobil rüsumlarının azaldılması ilə bağlı son təklifini rədd edir və bu sektora tarifləri planlaşdırıldığı kimi 25% səviyyəsində saxlamaq niyyətindədir.