İranda Müdafiə Şurasına rəhbərlik prezident Pəzeşkiyana verildi

İran prezidenti Məsud Pəzeşkian yenidən yaradılmış Müdafiə Şurasının sədri təyin edilib. Bu orqan İranda sonuncu dəfə İran-İraq müharibəsi zamanı mövcud olub. Bu barədə KİV-lər İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) yaxın mənbələrə istinadla məlumat yayıb.
Yeni Şuraya qanunverici, icraedici və məhkəmə hakimiyyəti rəhbərləri, müdafiə, kəşfiyyat, daxili və xarici işlər nazirləri, həmçinin İran ordusu və SEPAH komandirləri daxildir.
Məqsəd ordunun əməliyyat imkanlarını gücləndirmək və müdafiə xərclərinə daha effektiv nəzarət etməkdir.
Bu qərar İsraillə baş vermiş 12 günlük müharibədən sonra KİV-də SEPAH-ın uğursuzluqları fonunda qəbul edilib.
Şuraya paralel olaraq ölkədə mülki müdafiə üzrə milli hazırlıq planı təsdiqlənib və sığınacaqların yenilənməsi gündəmə gəlib.
Ekspertlər bu addımı həm effektivlik axtarışı, həm də SEPAH-ın təsirinin məhdudlaşdırılması cəhdi kimi qiymətləndirirlər.
N.Təbrizli
Son xəbərlər
Daha çox 