Yaponiyada atəşfəşanlıq zamanı iki gəmi yanıb

Yaponiyada atəşfəşanlıq festivalı zamanı iki gəmidə yanğın olub.Bu barədə "BBC” xəbər verir.
Hadisə ölkənin Yokohama şəhərində baş verib.
Yanğın fişənglərin buraxılması üçün istifadə olunan iki gəmidə qeydə alınıb.
Yanğının başlamasına səbəb isə gəmiyə pirotexniki vasitənin düşməsi olub.
İnsident zamanı 5 işçi özünü suya ataraq xilas ola bilib. Onlardan biri yüngül xəsarətlər alıb.
Festival təşkilatçıları tədbir çərçivəsində 25 dəqiqəyə havaya təqribən 25 000 fişəng buraxmağı planlaşdırsa da, yanğından sonra mərasim təxirə salınıb.
Son xəbərlər
Daha çox 