• $ 1.7
  • € 1.9675
  • ₽ 0.021326
  • ₺ 0.0418
  • £ 2.257

Tramp və Zelenski arasında telefon danışığı olub

Tramp və Zelenski arasında telefon danışığı olub
05.08.2025 18:59

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ lideri Donald Trampla telefon danışığı aparıb.Bu barədə Zelenski “Telegram” kanalında yazıb.

"ABŞ Prezidenti ilə məhsuldar söhbət apardıq. Əsas məsələ müharibənin dayandırılmasıdır. Biz ədalətli və davamlı sülh naminə göstərdiyi bütün səylərə görə ABŞ Prezidentinə minnətdarıq. Həqiqətən, qətllərə mümkün qədər tez son qoymaq lazımdır, biz bunu tam dəstəkləyirik. Əgər rusiyalılar uzatmasaydı, müharibə artıq çoxdan bitmiş ola bilərdi", - Ukrayna lideri qeyd edib.

Onun sözlərinə görə, ABŞ və Ukrayna mövqelərini koordinasiya edib və Rusiya qoşunlarının Ukrayna ərazisinə endirdiyi zərbələrin intensivliyinin artması barədə fikir mübadiləsi aparıb.Prezident Tramp Rusiyanın Kiyevə, digər şəhərlərə və icmalara zərbələr endirməsi barədə tam məlumatlandırılıb.

Liderlər Rusiyaya qarşı sanksiyaları və təzyiqin artırılmasını, eləcə də Aİ-nin Kiyevə silah tədarükünə dəstəyini və dron istehsalı üzrə ABŞ-Ukrayna əməkdaşlığını müzakirə ediblər.

"Ukrayna tərəfi dronlarla bağlı saziş layihəsini artıq hazırlayıb, biz onu ətraflı şəkildə müzakirə edərək bağlamağa hazırıq. Bu, ən güclü sazişlərdən biri ola bilər. Təşəkkürlər, Prezident Tramp", - Zelenski vurğulayıb.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Pezeşkian Əli Laricanini Milli Təhlükəsizlik üzrə Ali Şuranın katibi təyin edib
Dünya 21:10
Pezeşkian Əli Laricanini Milli Təhlükəsizlik üzrə Ali Şuranın katibi təyin edib
Rumıniyanın sabiq prezidenti vəfat edib
Dünya 20:30
Rumıniyanın sabiq prezidenti vəfat edib
Qırğızıstanda zəlzələ olub
Dünya 20:15
Qırğızıstanda zəlzələ olub
Tramp və Zelenski arasında telefon danışığı olub
Dünya 18:59
Tramp və Zelenski arasında telefon danışığı olub
Yaponiyada atəşfəşanlıq zamanı iki gəmi yanıb
Dünya 18:05
Yaponiyada atəşfəşanlıq zamanı iki gəmi yanıb
Almaniya Polşaya beş qırıcı təyyarə göndərib
Dünya 14:02
Almaniya Polşaya beş qırıcı təyyarə göndərib
Əfqanıstanda aclıq çəkən uşaqların say artıb - BMT
Dünya 11:06
Əfqanıstanda aclıq çəkən uşaqların say artıb - BMT
İranda Müdafiə Şurasına rəhbərlik prezident Pəzeşkiyana verildi
Dünya 11:02
İranda Müdafiə Şurasına rəhbərlik prezident Pəzeşkiyana verildi
Ərdoğan və Starmer arasında telefon danışığı olub
Dünya 23:05
Ərdoğan və Starmer arasında telefon danışığı olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol