Tramp Hindistana qarşı 50% rüsum tətbiq edib, nğvbədə Çin ola bilər

ABŞ Prezidenti Donald Tramp Rusiya nefti aldığı üçün Hİndistana qarşı 50%-lik gömrük rüsumları tətbiq etdiklərini bildirib və Çinlə bağlı da oxşar tədbirlərin mümkünlüyünü istisna etməyib.
Trampın sözlərinə görə, bu addımlar Ukrayna müharibəsinin dayandırılması məqsədi daşıyır.
“Biz artıq irəliləyiş əldə etmişik. Bu gün məhsuldar danışıqlar aparıldı. Əgər Rusiya və Ukrayna sülh razılığına gəlsə, rüsumlara yenidən baxıla bilər. Hələlik Hindistan 50% ödəyir,” — Tramp bildirib.
O əlavə edib ki, Vladimir Putinlə görüş tərəflər arasında irəliləyişdən asılı olacaq.
Ağ ev Rusiyanın görüşə maraq göstərdiyini təsdiqləyib.
Bu arada ABŞ-ın xüsusi nümayəndəsi Stiven Uitkoff Moskva səfəri çərçivəsində Rusiya Prezidenti ilə üç saatlıq görüş keçirib.
ABŞ dövlət katibi Marko Rubio bildirib ki, Rusiya tərəfinin şərtləri daha aydın olub, lakin Tramp-Putin görüşünün baş tutması üçün hələ çox iş görülməlidir.
Ukrayna Prezidenti Volodimir Zelenski Trampla telefon danışığında atəşkəsin “ədalətli və davamlı” olmalı olduğunu vurğulayıb.
N.Təbrizli