Apple smartfon və saatların istehsalının bir hissəsini ABŞ-yə köçürür

Apple şirkəti bəzi iPhone və Apple Watch modellərinin ABŞ-da istehsal edilən ekranla təchiz olunacağını elan edib. Bu barədə şirkətin baş direktoru Tim Kuk Ağ Evdə çıxışı zamanı bildirib.
“İlk dəfə olaraq, bütün yeni iPhone və Apple Watch modelləri Kentukkidə istehsal olunan ekran örtüklərlə təchiz ediləcək”, — Kuk bildirib.
Apple-a görə, şirkət ABŞ-də indiyədək qurduğu ən böyük və qabaqcıl ekran istehsalı xəttini Kentukki ştatında inşa edəcək.
N.Təbrizli