Çində asma körpü çöküb, 5 nəfər ölüb

Çinin şimal-qərbində yerləşən Çjaosu (Zhaosu) mahalında asma körpünün çökməsi nəticəsində azı 5 nəfər ölüb, 22 nəfər isə yüngül xəsarət alıb.
“Xinhua” xəbər agentliyinin məlumatına görə, hadisə ötən axşam körpünün dayaqlarından birinin qırılması ilə baş verib.
Nəticədə körpü əyilib və 29 nəfər aşağı düşüb.
Yaralılar xəstəxanaya yerləşdirilib. Əraziyə fövqəladə xidmətlər cəlb olunub, hadisənin baş verdiyi turistik zona bağlanıb. Hadisənin səbəbləri araşdırılır.