Çin və Rusiya arasında ticarətin həcmi 8,1 faiz azalıb

2025-ci ilin yanvar-iyulunda Çin və Rusiya arasında ticarət həcmi illik müqayisədə 8,1% azalaraq 125,8 milyard dollar təşkil edib. Bu barədə Çin Baş Gömrük İdarəsi məlumat yayıb.
Cari ilin yeddi ayında Çinin ixracı 8,5% azalaraq 56,23 milyard dollar təşkil edib. Rusiya mallarının Çinə idxalı 7,7% azalaraq 69,57 milyard olub.
Yanvar-iyulda Rusiyanın ticarət profisiti 13,34 milyard dollara çatıb ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə təxminən eynidir.
Təkcə iyulda iki ölkə arasında ticarət dövriyyəsi iyun ilə müqayisədə 8,7% artaraq 19,13 milyard dollar təşkil edib. Ay ərzində Çin ixracı 9,6% artaraq 9,08 milyard dollara, idxal isə 7,8% artaraq 10,05 milyard dollara çatıb.
2023-cü ildə ikitərəfli ticarət 26,3% artaraq 240,11 milyard 2024-cü ildə Çin və Rusiya yeni rekorda imza ataraq, bu rəqəmi 244 milyard dolları ötüb.
Aytac Zeynalova
Son xəbərlər
Daha çox 