ABŞ hərbi təyyarələri Yerevana enib

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus iki hərbi-nəqliyyat təyyarəsi Yerevana enərək, birgə hərbi təlimlərdə iştirak edəcək hərbçiləri gətirib. Bu barədə Ermənistan mediası bildirib.
“Eagle Partner 2025” (“Qartal tərəfdaşlığı 2025”) təlimləri 12–20 avqust tarixlərində Ermənistanda keçiriləcək. Təlimlərə Ermənistanın sülhməramlı briqadası, ABŞ-ın Avropa və Afrika qüvvələri, eləcə də Kanzas ştatının Milli Qvardiyası qatılacaq. Tədbirlər sülhməramlı əməliyyatlara hazırlıq və onların icrası, xüsusən tibbi təxliyə prosedurlarına fokuslanacaq.
Ermənistan Müdafiə Nazirliyi bildirib ki, təlimlərin məqsədi beynəlxalq sülhməramlı əməliyyatlarda iştirak edən bölmələr arasında qarşılıqlı əlaqəni artırmaq, idarəetmə və taktiki kommunikasiya sahəsində qabaqcıl təcrübə mübadiləsi aparmaq və Ermənistanın sülhməramlı kontingentinin hazırlıq səviyyəsini yüksəltməkdir.
N.Təbrizli
Son xəbərlər
Daha çox 