Sankt-Peterburqda miqrantlara kuryer işləmək qadağan edilib

Rusiyanın Sankt-Peterburq şəhərində miqrantlara kuryer işləmək qadağan edilib.Müvafiq sərəncamı qubernator Aleksandr Beqlov imzalayıb.
Qərar kölgə məşğulluğu ilə mübarizəyə, kuryer sektorunda xidmətlərin keyfiyyətinin və təhlükəsizliyinin yaxşılaşdırılmasına, Rusiya vətəndaşları, ilk növbədə gənclər və tələbələr üçün yeni iş yerlərinin yaradılmasına yönəlib.
Hakimiyyət bu sektorda əcnəbi işçilərin sayı az olduğundan məhdudiyyətin çatdırılma bazarına təsir etməyəcəyinə əmindir. İşəgötürənlərə “kadr siyasətlərini tənzimləmək” üçün üç aylıq keçid müddəti verilib.
Əvvəllər Sankt-Peterburqda miqrantlara bu ilin sonuna qədər taksi sürücüsü işləmək qadağan edilib.