• $ 1.7
  • € 1.9819
  • ₽ 0.021453
  • ₺ 0.0418
  • £ 2.284

Tramp Rusiya ilə Ukrayna arasında ərazi mübadiləsinin olacağına inanır

Tramp Rusiya ilə Ukrayna arasında ərazi mübadiləsinin olacağına inanır
11.08.2025 21:49

ABŞ Prezidenti Donald Tramp bu cümə Rusiya Prezidenti Vladimir Putinlə planlaşdırılan görüşdə Ukraynaya bəzi ərazilərin qaytarılması məsələsini gündəmə gətirəcəyini bildirib.

Tramp bu barədə bu gün keçirilən mətbuat konfransında danışıb.

“Rusiya Ukraynanın böyük bir hissəsini işğal edib. Biz bu ərazinin bir hissəsinin Ukraynaya qaytarılmasına çalışacağıq”, – deyə o, qeyd edib.

Prezident bildirib ki, Rusiya və Ukrayna arasında ərazi mübadiləsi mümkündür və bunun Ukrayna üçün həm müsbət, həm də mənfi nəticələri ola bilər.

Trampın sözlərinə görə, Alyaskada keçiriləcək görüş müharibənin dayandırılması üçün Putinlə danışıqlar aparmaq məqsədi daşıyır. Görüş zamanı ərazi ilə bağlı razılaşmanın mümkünlüyü də nəzərdən keçiriləcək.

O əlavə edib ki, Putin danışıqlar zamanı ədalətli bir təklif irəli sürərsə, bu barədə Avropa liderlərinə məlumat verəcək.

Tramp həmçinin Rusiya Prezidentinə Ukraynadakı müharibəni dayandırmağı təklif etməyi planlaşdırdığını bildirib və qeyd edib ki, Putin münaqişəni sonlandırmaq istədiyini ifadə edib.

Buna baxmayaraq, Tramp vurğulayıb ki, Rusiya lideri onu əvvəllər də məyus edib.

“Düşünürəm ki, Putinlə görüş yaxşı keçəcək, amma pis də ola bilər”, – deyə o, çıxışını yekunlaşdırıb.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Aİ Rusiyaya qarşı yeni sanksiyalar hazırlayır
Dünya 23:36
Aİ Rusiyaya qarşı yeni sanksiyalar hazırlayır
Tramp Çinə tətbiq edilən yeni rüsumları 90 gün müddətinə uzadıb
Dünya 23:30
Tramp Çinə tətbiq edilən yeni rüsumları 90 gün müddətinə uzadıb
İsraildən Xameneiyə XƏBƏRDARLIQ
Dünya 22:29
İsraildən Xameneiyə XƏBƏRDARLIQ
Sankt-Peterburqda miqrantlara kuryer işləmək qadağan edilib
Dünya 22:28
Sankt-Peterburqda miqrantlara kuryer işləmək qadağan edilib
Tramp Rusiya ilə Ukrayna arasında ərazi mübadiləsinin olacağına inanır
Dünya 21:49
Tramp Rusiya ilə Ukrayna arasında ərazi mübadiləsinin olacağına inanır
Balıkesirdə yenidən zəlzələ olub
Dünya 21:25
Balıkesirdə yenidən zəlzələ olub
Tramp avqustun 15-i Putinlə görüşəcəyini təsdiqləyib
Dünya 19:27
Tramp avqustun 15-i Putinlə görüşəcəyini təsdiqləyib
Türkiyədə meşə yanğını - Kənd sakinləri təxliyyə edilir
Dünya 19:13
Türkiyədə meşə yanğını - Kənd sakinləri təxliyyə edilir
Mixail Kavelaşvili Türkiyəyə səfər edəcək
Dünya 18:55
Mixail Kavelaşvili Türkiyəyə səfər edəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol