Ermənistan və İran Araz çayı üzərində ikinci körpü tikəcək

İran və Ermənistan Araz çayı üzərində ikinci sərhəd körpüsünün tikintisi barədə razılığa gəlib. Bu barədə Yerevanda İranın yol və şəhərsalma naziri Fərzanə Sadeg “Tasnim” agentliyinə bildirib.
Onun sözlərinə görə, tərəflər həmçinin mövcud körpünün yenidən qurulması və sərhəd terminallarının abadlaşdırılması barədə razılığa gəliblər.
Sadeg qeyd edib ki, Ermənistanda keçirilən danışıqlarda dəmir yolu layihələrinə xüsusi diqqət yetirilib. Fars körfəzini Qara dənizlə birləşdirən dəmir yolunun inkişafı üzrə strateji plan razılaşdırılıb.
Daha əvvəl Ermənistan və İran arasında ikinci körpünün layihələndirmə işlərinin başa çatdığı bildirilmişdi.
N.Təbrizli
Son xəbərlər
Daha çox 