Rusiya Ukraynaya 1000, Ukrayna isə Rusiyaya 19 hərbçinin cəsədini qaytarıb

Rusiya Ukraynaya 1000 hərbçinin cəsədini qaytarıb.
Bu barədəc RBK-Ukrayna kanalının yaydığı məlumatda Ukraynaya geri qaytarılanların bir çoxunun Donetsk, Zaporojye, Luqansk və Kursk istiqamətlərində gedən döyüşlər zamanı həlak olan əsgərlər olduğu bildirlir.
Müharibə Əsirləri ilə İş üzrə Koordinasiya Qərargahının məlumatına görə, repatriasiya edilənlər arasında əsirlikdə həlak olmuş 5 ukraynalı hərbi qulluqçunun cəsədi də var. Onlar İstanbulda keçirilən ikinci danışıqlar raundunda razılaşdırılmış mübadilə siyahısında "ağır yaralı və ağır xəstə" əsirlər kimi qeyd olunmuşdular.
“Yaxın günlərdə hüquq-mühafizə orqanlarının istintaqçıları ilə Daxili İşlər Nazirliyinin ekspert təşkilatları birgə bütün zəruri ekspertizaları həyata keçirəcək və repatriasiya edilən cəsədlərin identifikasiyası aparılacaq”, - əlavə edilib.
Öz növbəsində, Ukrayna tərəfi bu gün Rusiyaya 19 hərbçinin meyitini qaytarıb.
Son xəbərlər
Daha çox 