• $ 1.7
  • € 1.9829
  • ₽ 0.021086
  • ₺ 0.0413
  • £ 2.2954

ŞƏT ölkələri BMT-də islahatların aparılmasını zəruri hesab edir

ŞƏT ölkələri BMT-də islahatların aparılmasını zəruri hesab edir
01.09.2025 12:01

Çinin Tyantszin şəhərində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində üzv dövlətlər BMT-nin islahata ehtiyacı olduğunu bildiriblər. Bu barədə sammitdə qəbul olunmuş bəyannamədə qeyd olunur. 

“Onlar inkişaf etməkdə olan ölkələrin BMT orqanlarında daha geniş təmsil olunması üçün yaxşı düşünülmüş islahatların aparılmasını və BMT-nin müasir siyasi və iqtisadi reallıqlara uyğunlaşdırılmasını zəruri hesab edirlər”, – sənəddə qeyd olunur.

BMT-nin rolu və çağırışlar

Bəyanatda BMT-nin yaradılmasının İkinci Dünya Müharibəsindən sonra beynəlxalq münasibətlərin formalaşmasında əsas meyar olduğu vurğulanıb. Bildirilib ki, təşkilat ötən 80 ildə sülhün qorunması, qlobal təhlükəsizliyin təminatı və sosial-iqtisadi inkişaf sahəsində beynəlxalq əməkdaşlığın əsas platforması olub.

ŞƏT ölkələri hesab edirlər ki, qlobal sülhün və sabitliyin təminatı yalnız BMT Nizamnaməsinə və beynəlxalq hüququn prinsiplərinə dövlətlərin qeyd-şərtsiz əməl etməsi ilə mümkündür.

Gülnar 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Ərdoğan Putinlə Qafqazdakı sülh prosesini müzakirə edib
Dünya 13:46
Ərdoğan Putinlə Qafqazdakı sülh prosesini müzakirə edib
Əfqanıstanda zəlzələ: 500-ə yaxın ölü, 1000-dən çox yaralı/Yenilənib
Dünya 13:20
Əfqanıstanda zəlzələ: 500-ə yaxın ölü, 1000-dən çox yaralı/Yenilənib
KTMT-nin hərbi təlimləri başladı: nüvə ssenariləri sınaqdan keçirilir
Dünya 12:40
KTMT-nin hərbi təlimləri başladı: nüvə ssenariləri sınaqdan keçirilir
ŞƏT ölkələri BMT-də islahatların aparılmasını zəruri hesab edir
Dünya 12:01
ŞƏT ölkələri BMT-də islahatların aparılmasını zəruri hesab edir
ISW: Rusiya Ukraynada hərbi uğurlarını şişirdib
Dünya 10:51
ISW: Rusiya Ukraynada hərbi uğurlarını şişirdib
Ərdoğan və Paşinyan ŞƏT çərçivəsində Cənubi Qafqazda sülhü müzakirə ediblər
Siyasət 10:38
Ərdoğan və Paşinyan ŞƏT çərçivəsində Cənubi Qafqazda sülhü müzakirə ediblər
Husilər beynəlxalq təşkilatın əməkdaşını saxlayıb
Dünya 23:57
Husilər beynəlxalq təşkilatın əməkdaşını saxlayıb
Britaniyanın Qahirədəki səfirliyi bağlanıb
Dünya 21:00
Britaniyanın Qahirədəki səfirliyi bağlanıb
Putin Çində Paşinyanla görüşüb
Dünya 17:36
Putin Çində Paşinyanla görüşüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol