Əfqanıstanda zəlzələ: 500-ə yaxın ölü, 1000-dən çox yaralı/Yenilənib

Əfqanıstanda zəlzələ nəticəsində ölənlərin sayı 800-ə, yaralıların sayı isə 2500-ə çatıb.
***
Sentyabrın 1-nə keçən gecə Əfqanıstanda baş verən 6,0 bal gücündə zəlzələ ciddi insan tələfatına və dağıntılara səbəb olub. Yerli RTA telekanalı hakimiyyət orqanlarına istinadən xəbər verir ki, təxminən 500 nəfər həyatını itirib, 1000-dən çox insan isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Məlumata görə, bir çox sakin dağıntılar altında qalıb. Xilasetmə işləri davam edir və qurbanların sayının artacağı ehtimal olunur. Əfqanıstan Səhiyyə Nazirliyi bildirib ki, zəlzələnin episentri Pakistanla sərhədə yaxın yerləşən Cəlalabad şəhərindən 27 kilometr aralıda, ucqar dağlıq ərazidə qeydə alınıb.
Bu səbəbdən dəqiq məlumatların əldə olunması üçün zamana ehtiyac var. Nazirlik genişmiqyaslı xilasetmə əməliyyatına başladığını, əraziyə yüzlərlə mütəxəssisin cəlb olunduğunu açıqlayıb.
Gülnar