Ərdoğan Putinlə Qafqazdakı sülh prosesini müzakirə edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə görüşündə Azərbaycan və Ermənistan arasında aparılan danışıqlar nəticəsində bölgədə davamlı sülhün bərqərar olacağına ümid etdiyini bildirib.
Ərdoğan, Qafqazda sabitliyin həm Türkiyə, həm də Rusiyanın maraqlarına uyğun olduğunu vurğulayıb.
O, eyni zamanda, Türkiyənin Ukraynada ədalətli və davamlı sülhün əldə olunması üçün diplomatik səyləri davam etdirdiyini, İstanbulda baş tutan danışıqların bu prosesə töhfə verdiyini qeyd edib.
Görüşdə liderlər ikitərəfli münasibətləri və regional, qlobal gündəmdəki məsələləri müzakirə ediblər. Ərdoğan bildirib ki, Ankara və Moskva arasında əməkdaşlıq ticarət, turizm, investisiya və enerji sahələrində qarşılıqlı hörmət və ortaq maraqlar əsasında inkişaf edir.
Gülnar