Rusiya:münasibətlərin yaxşılaşdırılması üzərində işləyirik

Rusiya Federasiyası Azərbaycanla münasibətləri yaxşılaşdırmağa çalışır, çünki iqtisadi əməkdaşlıq hər iki ölkə üçün mühüm əhəmiyyət daşıyır. Bu barədə Rusiya baş nazirinin müavini Aleksey Overçuk TASS-a açıqlamasında bildirib.
"Rusiya və Azərbaycan arasında mövcud olan əməkdaşlıq ölkələrimiz üçün çox vacibdir. Və biz bu münasibətləri yaxşılaşdırmağa çalışırıq", — o, hökumətlərarası komissiyanın işini şərh edərkən qeyd edib.
Overçuk bildirib ki, iqtisadi əməkdaşlığın inkişafı tərəflərin hər ikisi üçün prioritet olaraq qalır.
Gülnar