Seçkilərə iki həftə qalmış altı AfD namizədi dünyasını dəyişib

Almaniyanın Şimali Reyn-Vestfaliya federal əyalətində ifrat sağçı "Almaniya üçün Alternativ" (AfD) partiyasının altı namizədi yerli seçkilərə iki həftə qalmış vəfat edib. Bu barədə əyalətin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Nazirliyin açıqlamasına görə, seçki kampaniyası dövründə digər siyasi partiyalardan — o cümlədən Yaşıllar və Sosial Demokratlardan da bir neçə namizəd dünyasını dəyişib.
Polis hadisələrlə bağlı hər hansı şübhəli halın olmadığını bildirib.
Mövcud vəziyyət səbəbindən seçki bülletenlərinin yenidən çapı və artıq poçt vasitəsilə səs verən bəzi seçicilər üçün alternativ səsvermə prosedurlarının təşkili tələb olunur.
Şimali Reyn-Vestfaliyada yerli seçkilər sentyabrın 14-nə təyin edilib. Əyalətdə 18 milyon əhali yaşayır və bu seçkilərdə 20 minə yaxın namizəd iştirak edir.
Siyasətçilər arasında qeyri-adi ölüm halları sosial mediada geniş müzakirələr doğurub və ictimaiyyətdə suallar yaradıb. Lakin rəsmilər hadisələrin hər hansı əlaqəli səbəb daşıdığına dair sübutun olmadığını bildirirlər.
Gülnar
Son xəbərlər
Daha çox 