Çinlə vizasız rejim xəbəri Rusiyadan uçuşlara tələbatı ikiqat artırıb

Rusiyalı turistlər arasında Çinə aviabilet satışları sentyabrın 2-də, Çinlə vizasız rejimin tətbiqi barədə xəbərlərin yayılmasından sonra əvvəlki günlə müqayisədə iki dəfə artıb. Bu barədə məlumatı “Yandex Travel” platformasının mətbuat xidməti açıqlayıb.
Yandex Axtarış sisteminin məlumatına əsasən, son 24 saat ərzində Çinlə bağlı sorğuların sayı ikiqat artıb, birbaşa viza və səfərlərlə bağlı axtarışlar isə 9 dəfə çoxalıb. Eyni dövrdə rusiyalılar tərəfindən Çində bron edilən otellərin sayı 7 faiz artıb.
Sifarişlərin əsas hissəsi Moskva (32%), Sankt-Peterburq və Orenburq (hər biri 10%) şəhərlərinin payına düşür.
Səyahət Aqreqatorları Assosiasiyasının direktoru Aleksandr Bragin bildirib ki, yeni vizasız rejim Çini bu payız rusiyalılar üçün aparıcı xarici turizm istiqamətlərindən birinə çevirə bilər. Onun sözlərinə görə, Pekin (otel bronlarının 46%-i) və Şanxay (28%) əsas istiqamətlər olaraq qalır, lakin ölkə daxilində digər şəhərlərə də marağın artacağı gözlənilir.
Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Quo Jiakun sentyabrın 2-də verdiyi açıqlamada bildirib ki, sentyabrın 15-dən etibarən adi xarici pasportu olan Rusiya vətəndaşları üçün 30 gün müddətinə vizasız giriş rejimi tətbiq ediləcək.
Gülnar
Son xəbərlər
Daha çox 