İstanbulun 6 rayonunda kütləvi tədbir və mitinqlər qadağan edilib

Türkiyənin İstanbul vilayətinin bir sıra rayonlarında mitinqlərin keçirilməsi qadağan edilib.Bu barədə İstanbul valiliyinin məlumatında bildirilib.
Məlumata əsasən, sentyabrın 10-dək Beşiktaş, Beyoğlu, Eyüpsultan, Kağıthane, Sarıyer və Şişli rayonlarında hər cür mitinq, mətbuat açıqlaması, yürüşlər qadağan edilib.
Qadağa sentyabrın 7-dən saat 20:00-dan sentyabrın 10-u saat 23.59-a qədər qüvvədə olacaq.