• $ 1.7
  • € 1.9934
  • ₽ 0.020047
  • ₺ 0.0411
  • £ 2.3046

İran Milli Təhlükəsizlik Ali Şurası BAEA ilə yeni sazişi təsdiqləyib

İran Milli Təhlükəsizlik Ali Şurası BAEA ilə yeni sazişi təsdiqləyib
14.09.2025 15:17

İranın Milli Təhlükəsizlik Ali Şurası Tehranla Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) arasında imzalanmış yeni əməkdaşlıq sazişini təsdiqləyib.Bu barədə İranın Milli Təhlükəsizlik Ali Şurasının katibliyi məlumat yayıb.

Qeyd edilib ki, sənədin bəndləri nəzərdən keçirilib və əsasən təsdiq olunub.

25 iyunda İran parlamenti ölkənin BAEA ilə əməkdaşlığının dayandırılmasına dair qanun layihəsini qəbul etmiş, 2 iyulda isə Prezident Məsud Pezeşkiyan sənədi imzalamışdı. Xarici işlər naziri Abbas Araqçi həmin vaxt bildirmişdi ki, qanun qarşılıqlı təmasların tamamilə bloklanmasına səbəb olmur.

Qeyd edək ki, sentyabrın 9-da Qahirədə BAEA Baş direktoru Rafael Qrossi və Abbas Araqçi İran və BAEA arasında əməkdaşlığın bərpası barədə yeni saziş imzalayıb. Abbas Araqçi bildirib ki, yeni razılaşma hər iki tərəfin tələblərinə cavab verir, lakin İrana qarşı hər hansı düşmənçilik addımı atılacağı təqdirdə bütün əlaqələr dərhal kəsiləcək.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Hindistanda 5,9 maqnitudada zəlzələ baş verib
Dünya 17:19
Hindistanda 5,9 maqnitudada zəlzələ baş verib
İran Milli Təhlükəsizlik Ali Şurası BAEA ilə yeni sazişi təsdiqləyib
Dünya 15:17
İran Milli Təhlükəsizlik Ali Şurası BAEA ilə yeni sazişi təsdiqləyib
Nikolay Valuyev axtarışa verilib
Dünya 11:56
Nikolay Valuyev axtarışa verilib
ABŞ dövlət katibi İsrailə səfər edib
Dünya 11:55
ABŞ dövlət katibi İsrailə səfər edib
Mask Böyük Britaniya parlamentinin buraxılmasına çağırıb
Dünya 00:23
Mask Böyük Britaniya parlamentinin buraxılmasına çağırıb
Kelloq Üçüncü Dünya müharibəsi ilə bağlı xəbərdarlıq edib
Dünya 23:08
Kelloq Üçüncü Dünya müharibəsi ilə bağlı xəbərdarlıq edib
Rumıniya HHQ hava məkanında Rusiya PUA-sını ələ keçirib
Dünya 22:00
Rumıniya HHQ hava məkanında Rusiya PUA-sını ələ keçirib
Qəzzanı tərk edənlərin sayı açıqlanıb
Dünya 21:31
Qəzzanı tərk edənlərin sayı açıqlanıb
Gürcüstanın keçmiş müdafiə naziri həbs olunub
Dünya 20:24
Gürcüstanın keçmiş müdafiə naziri həbs olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol