Rusiya səfiri Rumıniya XİN-ə çağırılıb

Rusiyanın Rumıniyadakı səfiri Vladimir Lipayev ölkənin hava məkanının Rusiya pilotsuz uçuş aparatı (PUA) tərəfindən pozulması səbəbindən Rumıniyanın Xarici İşlər Nazirliyinə çağırılıb.
Rumıniya rəsmiləri bildiriblər ki, hava məkanının pozulması ölkənin suverenliyinin aşkar şəkildə pozulmasıdır və bu cür hərəkətlər qəbuledilməzdir. Xarici İşlər Nazirliyi vurğulayıb ki, oxşar hadisələrin təkrarlanmaması üçün “bütün zəruri tədbirlər” dərhal görüləcək.
Hadisə sentyabrın 13‑də Rumıniya Müdafiə Nazirliyi tərəfindən açıqlanıb. Nazirlik PUA‑nın hava məkanını pozduğunu və uçuş aparatının müdaxilə üçün havaya qalxan iki F‑16 qırıcı təyyarəsi tərəfindən aşkar edildiyini bildirib.