Trampın helikopteri Londonda təcili eniş edib

ABŞ Prezidenti Donald Trump və birinci xanım Melania Trump-un helikopteri Böyük Britaniyanın Luton hava limanında hidravlik sistemdə meydana gələn kiçik nasazlıq səbəbindən planlaşdırılmamış eniş edib.Bu barədə "Independent" qəzeti Ağ Evə istinadən yazıb.
Məlumata görə, hadisə Tramp cütlüyünün Böyük Britaniyanın Baş naziri Kir Starmerin şəhərkənarı iqamətgahından qayıdarkən baş verib.
Ağ Evin mətbuat katibi Karoline Leavitt bildirib ki, “kiçik hidravlik problem” aşkar edildikdən sonra təhlükəsizlik məqsədilə helikopter yaxın hava limanına – Lutona eniş etdirilib.Trump və Melania sonra ehtiyat helikopterə keçərək əvvəlcədən planlaşdırılmış Stansted istiqamətinə davam ediblər.