Ərdoğan İraq Kürdüstan Regionunun başçısını qəbul edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İraq Kürd Regionunun rəhbəri Nəçirvan Bərzanini qəbul edib. Bu barədə “Anadolu” agentliyi xəbər verir.
Görüş Prezident Administrasiyasının binasında mətbuata qapalı şəkildə baş tutub.
Görüşdə Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın, Prezidentin Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran və Prezidentin Xarici Siyasət və Təhlükəsizlik üzrə baş müşaviri Akif Çağatay Kılıç da iştirak edib.