İlham Əliyev Yaxın Şərq Sülh Sammitində iştirak edir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ABŞ Prezidenti Donald Tramp və Misir Prezidenti Əbdülfəttah əs‑Sisi tərəfindən dəvət olunaraq Yaxın Şərq Sülh Sammitində iştirak etmək üçün Misirdə işgüzar səfərdədir.
Prezident Əliyev sammitin keçiriləcəyi Şarm əl‑Şeyx şəhərində yerləşən Beynəlxalq Konqres Mərkəzinə gəlib. Misir Prezidenti Əbdülfəttah əs‑Sisi dövlət başçısını qarşılayıb, ardınca ABŞ Prezidenti Donald Tramp ilə görüşüblər.
Görüş sonrası Azərbaycan və ABŞ prezidentləri birgə foto çəkdiriblər. Daha sonra bütün sammit iştirakçıları birlikdə şəkil çəkdiriblər.
Sonra sülh sazişinin imzalanması mərasimi olub.
Son xəbərlər
Daha çox 