• $
  • £

Şəkidə sahibsiz it sürüsü evə hücum edib

Şəkidə sahibsiz it sürüsü evə hücum edib
13.10.2025 18:09

Şəki rayonunda sahibsiz it sürüsü yaşayış evinə hücum edib.

"Report"un məlumatına görə, hadisə şəhərin Salman Mümtaz küçəsində baş verib.

Sadəddin Allahverdiyevə məxsus evə hücum edən sahibsiz it sürüsü iki qoyunu parçalayaraq öldürüb, birini isə yaralayıb.

Şəki Rayon Heyvan Xəstəlikləri və Baytarlıq xidmətindən bildirilib ki, bu il də epizootik plana uyğun olaraq sahibsiz itlər arasında quduzluğa qarşı vaksinasiya həyata keçirilib:

"Bundan başqa, epizootik durumu sabit saxlamaq üçün ətraf ərazilərə aldadıcı yemlər də qoyulub".

Şəki Rayon İcra Hakimiyyətindən isə qeyd olunub ki, sahibsiz küçə itləri ilə bağlı problem insanları narahat edən əsas məsələlərdən biridir. Sahibsiz küçə itləri xüsusi müəssisələr tərəfindən götürülməli və sığınacaqlara yerləşdirilməlidir:

"Hazırda şəhərdə sahibsiz heyvanlar üçün xüsusi sığınacaqların olmaması bu sahədə çətinliklər yaradır. Şəhər ərazisində bu problemin həlli istiqamətində müəyyən təkliflər hazırlanıb, aidiyyəti dövlət orqanları ilə məsləhətləşmələr aparılıb, qeyri-hökümət təşkilatlarına müraciət olunub. Bu məsələyə heyvansevərləri də cəlb etməklə, Şəki şəhərində sahibsiz küçə itlərinin qısırlaşdırılmasının təşkili nəzərdə tutulur və bu istiqamətdə işlər aparılır".

Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda 100 minə yaxın bina söküləcək
Cəmiyyət 22:30
Bakıda 100 minə yaxın bina söküləcək
Görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 19:58
Görünüş məsafəsi məhdudlaşacaq
Nəsimi rayonunda moped oğurlayan şəxslər saxlanılıb
Cəmiyyət 18:48
Nəsimi rayonunda moped oğurlayan şəxslər saxlanılıb
Avtomobildən oğurluq etdi -Saxlanıldı
Cəmiyyət 18:27
Avtomobildən oğurluq etdi -Saxlanıldı
Kürdə suyun səviyyəsi artıb
Cəmiyyət 15:16
Kürdə suyun səviyyəsi artıb
Bu il bazarlarda alça “qıtlığı” gözlənilir
Cəmiyyət 15:06
Bu il bazarlarda alça “qıtlığı” gözlənilir
Sabahın hava proqnozu
Cəmiyyət 12:53
Sabahın hava proqnozu
Bakıda üç yaşlı uşaq 4-cü mərtəbədən yıxılaraq ölüb
Cəmiyyət 12:12
Bakıda üç yaşlı uşaq 4-cü mərtəbədən yıxılaraq ölüb
FHN qeyri-sabit hava ilə əlaqədar əhaliyə müraciət edib
Cəmiyyət 11:57
FHN qeyri-sabit hava ilə əlaqədar əhaliyə müraciət edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol