Kiyevdə elektrik enerjisinin verilişi dayandırılıb

Ukraynanın paytaxtı Kiyevin mərkəzində və bir neçə rayonda elektrik enerjisinin verilişi dayandırılıb.Bu barədə Kiyev Şəhər Dövlət Administrasiyasından məlumat verilib.
Bildirilib ki, enerji obyektlərindən birində şəbəkənin həddindən artıq yüklənməsi səbəbindən təchizatda nasazlıq yaranıb.
Administrasiyanın məlumatına görə, Qolosiivski, Şevçenkivski və Peçerski rayonlarında elektrik enerjisi qismən kəsilib. Eyni zamanda bəzi metrostansiyalarda sistem ehtiyat enerji rejiminə keçib.
“Fasilə bir dəqiqəyə qədər davam edib. Hazırda bütün metrostansiyalar normal rejimdə işləyir,” açıqlamada vurğulanıb.
Hazırda mütəxəssislər təchizatın bərpası üzərində çalışırlar.
Son xəbərlər
Daha çox 