Pentaqon rəhbərinin göyərtəsində olduğu təyyarə təcili eniş edib

Atlantik okeanı üzərində uçuş zamanı fövqəladə vəziyyət elan edən ABŞ-ın müdafiə naziri Pit Heqsetin təyyarəsi Böyük Britaniyada təcili eniş edib.Bu barədə nazirin köməkçisi Şon Parnell sosial şəbəkə hesabında məlumat paylaşıb.
Onun sözlərinə görə, hadisəyə təyyarənin ön şüşəsində yaranan çat səbəb olub.
“Təyyarə standart prosedurlara uyğun olaraq eniş edib və katib Heqset də daxil olmaqla bütün sərnişinlər təhlükəsizdir”, - Parnel yazıb.
Qeyd olunur ki, Pentaqon rəhbəri Brüsseldə keçirilən NATO Müdafiə Nazirlərinin Sammitindən ABŞ-yə qayıdırdı.
Son xəbərlər
Daha çox 