Bu ölkədə “qızıl viza” proqramı tətbiq ediləcək

Rumıniya parlamentində yeni qanun layihəsi müzakirəyə çıxarılıb. Layihə ölkənin “qızıl viza” proqramını təqdim etməyi nəzərdə tutur.Bu barədə ölkənin yerli KİV-ləri məlumat yayıb.
Məlumata görə, Avropa İttifaqı hüdudlarından kənarda yaşayan şəxslər Rumıniyaya ən azı 400 min avro məbləğində sərmayə qoysalar 5 illik müddətə müvəqqəti yaşayış icazəsi ala biləcəklər.
Bu təşəbbüs hələ parlamentdə ilkin mərhələdədir və qanun qəbul edilərsə Rumıniya 2026-cı ildən “qızıl viza” proqramını rəsmi tətbiq etməyi planlaşdırır.
Son xəbərlər
Daha çox 